“Azərbaycanim” Beynəlxalq VIII Uşaq və Gənc rəsm festivalı start verilir
Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ,Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş "Azərbaycanım" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur. Festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı daha yaxından tanınmasına və sevməsınə xıdmət məqsədılə elan olunur.
Şüar: Azərbaycan səni sevirəm!
Mövzu: Mənim gözlərimlə azərbaycan!
Yanaşma:Izah yazmadan azərbaycan ruhunu,özünü əsərdə hıss etdırmək.
Tövsiyyə olunan mövzular: təsviri və tətbiqi sənət nümunələri, tarixi və görməli məkanlar, peşə sahibləri və onların ve faaliyet alanları, vətənpərvərlik ,mətbəx,məişət və geyim, həyat tərzi, musiqi ,ədəbiyyat
Yaş həddi: 8-21 yaş arası
Əsər qəbulu üçün son tarix: 15 aprel 2025 -ci il
Ölçü: 30x40sm-ə qədər
Texnika:akvarel ,qarışıq texnika
Əsərlərin qəbul ünvanı: artfestival [email protected]
İştirakçı anketi: 1 Əsərin fotosu: 2. Əsərin adı: _______ 3.Ölçü və texnika ___ 4.Soyad, ad: _____ 5. Təvəllüd:__________ 6. Məktəb__________ ____ 7. Əlaqə____________ _____
• İştirakçı ən çox 3 əsərlə qatıla bilər.
• Əsərlər tət-tək göndərilməli, məlumatlar dolğun olmalıdır . Müəllifin duyğu və düşüncələri nəzərə alinmaqla, yanaşma , kompozisiya, rəng həlli əsas götürüləcək.
• Seçim yaş kateqoriyasına uyğun :8-12, 13-16 , 17-21 aparılacaq.
• Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!
• 8 may tarixində ilk turu keçmiş əsərlər və müəlliflərinin siyahısı elan ediləcək.
• Seçilmiş əsərlərin online kataloqu hazırlanacaq.
• Hər yaş kateqoriyası üçün ayrıca sərgi keçiriləcək.
• Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.
• Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq.
• Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər, həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.
• Əcnəbilər tərəfindən email poçta göndərilən əsərlər arasından seçilmiş əsərlər tərəfimizdən çap olunaraq çərçivədə sərgilənəcək və əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
• Əcnəbilər öz hesabına sərgilərdə və festivalda əyani olaraq iştirak edə bilər.
• Müsabiqə və festivalda iştirak ödənişsizdir.
• Əlavə suallar üçün +994 51-310-74 01 tel/whatsapp Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025 Tel: (+994) 12 490 84 51/52/53