Əməkdar artist Təyyar Bayramov konsert verəcək - FOTO

30 mart saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Muğam gecələri" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti, "Tərəqqi" medallı Təyyar Bayramov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.

Xanəndəni tarda Rəşad İbrahimov,  kamançada Təbriz Yusubov, qanunda Əməkdar artist Çinarə Mütəllibova, balabanda Adil Müslümov, udda Fərhad Qədirov, nağarada Vüsal Bayramov, bas qavalda Səyyar Teymurov müşayiət edəcəklər. 

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassasından, eləcə də iticket.az saytından əldə edə bilərsiniz.