Azərbaycanlı hakim Gürcüstan - Kipr oyununu aparacaq

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - Kipr oyununa təyinat alıb.

Azərbaycanlı hakim Gürcüstan - Kipr oyununu aparacaq
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - Kipr oyununa təyinat alıb.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.

Qeyd edək ki, Tbilisidəki "Mixeil Mesxi II" stadionunda təşkil olunacaq görüş iyunun 4-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.