Azərin körpəlik papağını qızı taxdı - FOTO
Aparıcı Azər Süleymanlı qızı Layla ilə bağlı paylaşım edib.
meqale.com olay-a istinadən xəbər verir ki, o, körpəlik papağını qızına da taxdığını bildirib.
"Bu mənim körpəlik papağım imiş. Ötən illər ərzində anam harada, necə saxlayıb, heç kim bilməmiş. Rayona gedəndə, gətirib qıza geyindirdi. İllər öncə mənim taxdığım papağı indi balam istifadə edir. Analarımız körpəliyimizin, xatirələrimizin saxlanc yeridir", - deyə, Süleymanlı yazıb.
Qeyd edək ki, aparıcının Oğuz adlı oğlu da var.