Bakı hava limanı vətəndaşlara xəbərdarlıq etdi
Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.
meqale.com xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Heydər Əliyev Beynəlxalq Aeroportu bu barədə məlumat yayıb.
Qeyd edilib ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.