Bakı-Quba yolunda dəhşətli qəza - tələbə ağır xəsarət aldı - FOTO
Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi vaş verib.
meqale.com report-a istinadən xəbər verir ki, "VAZ" 2106 və "Shacman" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ" 2106-nın sürücüsü Tural İlham oğlu Mirzəyev ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbi araşdırılır.
Qeyd edək ki, T.Mirzəyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü kurs tələbəsidir.