Bakıda ağır qəza - Süpürgəçi öldü, ofisiant yaralıdır

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

Bakıda ağır qəza - Süpürgəçi öldü, ofisiant yaralıdır
Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu süpürən qadını vurub.

Zərbənin təsirindən qadın yol kənarında dayanan "Şuşa" restoranın ofisiantı 1999-cu il təvəllüdlü Heydərov Şəhriyar Namiq oğluna çırpılıb.

Ş.Heydərovun başı beton plitəyə çırpılıb. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.

Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.