Bakıda avtomobil 39 yaşlı qadını vuraraq ağır xəsarət yetirdi
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü İsmayılova Xəyalə Qurbanəli qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.