Bakıda dənizdə batan şəxsin meyiti tapıldı
13:38 Bakı şəhəri, Xəzər rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyevin cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə meqale.com-a FHN-dən bildirilib.
"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən beş kilometr məsafədə nəzarət olunmayan ərazidə batıb", - məlumatda qeyd olunub.
---------- 09:50 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.