Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi Kosmik Texnologiyalar Konfransı (STC2024) gələn il Bakıda keçiriləcək.
meqale.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısında elan edilib.
Toplantıda qeyd edilib ki, kosmik sahədəki qlobal tədbirə ev sahibliyi etmək kimi təcrübəyə malik olması gələn il Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün də Bakıda keçirilməsinə imkan verir.