Bakıda nömrəsi özündən qat-qat baha olan "Moskvich" - FOTO
Sosial şəbəkələrdə yayılan yeni video müzakirələrə səbəb olub.
meqale.com xəbər verir ki, kadrlarda "Moskvich" markalı avtomobil görünür, lakin ən diqqətçəkən məqam avtomobilin özü deyil, onun bahalı qiymətə olan dövlət qeydiyyat nömrə nişanıdır. Belə ki, maşının üzərindəki nömrə nəqliyyat vasitəsinin özünün dəyərindən olduqca bahadır. Hətta nömrənin qiymətinin 100 min manat olduğu da iddia edilir.
Qeyd edək ki, bahalı nömrələrin avtomobil sahibləri üçün status simvolu olduğu məlumdur. Bir çox ölkələrdəki kimi, xüsusi seriyalı və ya "gözəçarpan" nömrələr daha baha qiymətə satılır.