Bakıda qadın sevgilisini yatdığı yerdə öldürübmüş - YENİLƏNİB - FOTO

19:57 Bakıda Ruhiyyə Əhmədovanın qeyri- rəsmi münasibətdə yaşadığı Samir İsrafilovu bıçaqlaması şübhəsi ilə bağlı detallar məlum olub.

Bakıda qadın sevgilisini yatdığı yerdə öldürübmüş - YENİLƏNİB - FOTO
19:57 Bakıda Ruhiyyə Əhmədovanın qeyri- rəsmi münasibətdə yaşadığı Samir İsrafilovu bıçaqlaması şübhəsi ilə bağlı detallar məlum olub.

meqale.com oxuya istinadən xəbər verir ki, cütlüyün qonşusu Fəridə Tarverdiyeva bildirib ki, hadisədən sonra Ruhiyyə ona məsələnin baş verməsindən danışıb:

"Dedi ki, ana və atama pis söyüşlər söydü. Ona görə də dayan bilməyib həmin şəxsi ürək nahiyəsindən bıçaqladım".

------- 11:48 Bakıda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub. 

meqale.com lente istinadən bildirir ki, qətlə yetirilən Samir İsrafilovla hadisəni törədən Ruhiyyə Tahirova sevgili olub.

Onlar uzun müddət qeyri-rəsmi nikah münasibətlərində yaşayıblar. 

İlkin məlumata görə, qadın sevgilisini yatdığı yerdə öldürüb.  

-------

10:17

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən meqale.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.