“Barselona” “Real”ı təbrik etdi - FOTO
"Barselona" əzəli rəqibi "Real"la bağlı paylaşım edib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Madrid təmsilçisinin Çempionlar Liqasını qazanması kataloniyalıların diqqətindən kənarda qalmayıb.
"Barselona" 15-ci dəfə Avropanın ən güclü klub turnirində kuboku başı üzərinə qaldırması münasibətilə təbrik edib.
Qeyd edək ki, "Kral klubu" Londondakı "Uembli" stadionunda təşkil olunan finalda Dortmund "Borussiya"sını 2:0 hesabı ilə qalib gəlib.