"Bavariya"nın Xabi Alonso ilə ilk danışıqlarının təfərrüatları
"Bavariya" və "Bayer"in baş məşqçisi Xabi Alonso arasında ilk danışıqlar başa çatıb.
meqale.com lente istinadən bildirir ki, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu danışıqlar göstərib ki, ispaniyalı mütəxəssis "Liverpul"dan çox "Bavariya"ya rəhbərlik etməyə meyllidir. Alonsonun fikrincə, Yurgen Klopp gedəndən dərhal sonra ingilis klubuna qoşulmaqla o, qazanmaqdan çox itirmək riski ilə üzləşir.
"Bavariya"nın "Bayer"ə 15 milyon avrodan 25 milyon avroya qədər təzminat ödəməli olacağı vurğulanır.Təzminatın yekun məbləği Alonsonun "əczaçılar"la qazana biləcəyi titulların sayından asılı olacaq.
Alonso 2022-ci ilin payızından "Bayer" ə rəhbərlik edir. Bundesliqa mövsümünün 24 turundan sonra "Bayer" 64 xal toplayıb və ən yaxın rəqibi "Bavariya"nı 10 xal qabaqlayaraq birinci yerdədir.