Beynəlxalq Muğam Mərkəzi “Azərbaycan muğamı” adlı yeni layihə təqdim edir
Beynəlxalq Muğam Mərkəzi Mərkəz fevral ayının 15-dən "Azərbaycan muğamı" adlı yeni layihə təqdim edir.
Layihə çərçivəsində ilk təqdimat tar ifaçılıq sənətinə həsr olunan "Ustad dərsi" ilə başlayacaq. 15 fevral saat 15:00-da reallaşacaq ustad dərsi tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov tərəfindən aparılacaq.
Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, ustad- şagird ənənələrinin qorunmasıdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.