Bir ildə adını, ata adını dəyişənlər - Statistika

Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

Bir ildə adını, ata adını dəyişənlər - Statistika
Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən meqale.com-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.

"2023-cü il ərzində qeydiyyat orqanlarında 2.492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.

Müraciət edən 43.862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb", - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.