Birinci Qarabağ Müharibəsinin şəhidi Abış Məhəmmədov dəfn olundu - YENİLƏNİB
Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu ilə vida mərasimi keçirilib.
meqale.com Trend-ə istinadən bildirir ki, şəhidlə vida mərasimi Qaradağ rayonunda keçirilib. Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Abış Məmmədovun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşüb.
--------
14:46
Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu ilə vida mərasimi keçirilib.
meqale.com Trend-ə istinadən bildirir ki, şəhidlə vida mərasimi Qaradağ rayonunda keçirilib. Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Abış Məmmədovun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılacaq.