Bloqer Vasif Fətiyev həbs edildi
Bloger xuliqanlıq hərəkətlərinə görə həbs edilib.
meqale.com xəbər verir ki, Beyləqan və ətraf rayonlarda blogerlik fəaliyyətilə məşğul olan, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə 1981-ci il təvəllüdlü V.Fətiyev şəxsi münasibətlər zəmnində 53 yaşlı şəxsi döyərək xəsarət yetirib.