Bu firmanın kərə yağları rəflərdən yığışdırılır - Alanlara pulları qaytarılacaq

Almaniyanın "Würzburger Milchwerke GmbH" şirkəti iki kərə yağı məhsulunu geri çağırmaq qərarına gəlib.

Bu firmanın kərə yağları rəflərdən yığışdırılır - Alanlara pulları qaytarılacaq
Almaniyanın "Würzburger Milchwerke GmbH" şirkəti iki kərə yağı məhsulunu geri çağırmaq qərarına gəlib.

meqale.com xarici mətbuata istinadla xəbər verir ki, kərə yağının içərisində metal qırıntıları olma ehtimalı var.

İstehlakçılara bu məhsulları istehlak etməmələri, məhv etmələri və ya aldıqları mağazalara qaytarmaları tövsiyə edilib. Geri çağırılan məhsullar Penny, Kaufland və Edeka mağazalarında satışa çıxarılıb. Məhsulları geri qaytaran istehlakçılardan qəbz tələb olunmadan pul geri qaytarılacaq.