Bu futbolçu “Qəbələ”dən ayrıldı
Premyer Liqa ilə vidalaşan "Qəbələ"də ilk ayrılıq reallaşıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi Əyyub Allaş "qırmızı-qaralar"la vidalaşıb.
Belçikalı oyunçu bu barədə sosial şəbəkədə paylaşım edib. 26 yaşlı futbolçu kluba təşəkkür edib: "Mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə, azarkeşlərə təşəkkürümü bildirirəm. Məşqlərdə və oyunlarda daim əlimdən gələnin ən yaxşısını etdim. Sonda hər kəsə uğurlar arzulayıram".