Bu il ölkədə iki mindən çox zəlzələ olub
Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.
Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır:
"Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".