Bu işçilərin maaşı 3 dəfə artırıldı
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında" qərarında dəyişiklik edib.
meqale.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməyin ödənişi fondunun məbləği 10080 manatdan 31 466 manata qaldırılıb.
Sıra
№-si
Vəzifələrin adı
Əməkhaqlarının məbləği
aylıq vəzifə maaşı
(manatla)
mükafat (manatla)
1.
Direktor
2100
İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində
2.
Direktor müavini
1850
3.
Şöbə müdiri
1500
4.
Baş mütəxəssis, baş mühasib
1300
5.
Aparıcı mütəxəssis
1150
6.
Mütəxəssis
1000
Bu qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.