Bu ölkə də Fələstini rəsmən tanıdı

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.

Bu ölkə də Fələstini  rəsmən tanıdı
İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.

meqale.com unikal-a istinadən xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.

"Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir", - o qeyd edib.

M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.