Bu ölkədə qaynana təzə gəlinə 4 il qulluq edir

Cənubi Sudanda Dinka adlanan maraqlı evlilik ənənəsi var.

Bu ölkədə qaynana təzə gəlinə 4 il qulluq edir
Cənubi Sudanda Dinka adlanan maraqlı evlilik ənənəsi var.

meqale.com lente istinadən bildirir ki, kişi evlənəndə arvadı 4 il yemək bişirmir, ev işləri görmür. 

Bu dövr yeni gəlin üçün "Anyuuc" (Səxavətli qarşılama) adlanır. Ər evinə düşən gəlin bu 4 il ərizndə ailənin adət- ənənələrini, xarakterini dərindən öyrənir. Bu müddət ərzində gəlinə ərin anası, bacıları qulluq göstərirlər. Qısası yeni gəlinin 4 illik kraliyyət dövrü başlayır.

4 ildən sonra əri "Təat" adlı böyük məclis təşkil edir və yeni gəlinin evin əsl qadını elan olunması mərasiminə 3 inək və 5 keçi qurban edilir.  Bu 4 il ərzində gəlin ər evini bəyənməsə, ərindən özünə qarşı kobudluq görsə ayrılıb rahatlıqla ata evinə gələ bilər. Yenidən ailə quran həmin qadın dul, boşanmış yox, subay hesab olunur.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun