Bu qadını görənlərin nəzərinə - Dərhal polisə zəng edin... FOTO
Cəlilabadda 29 yaşlı qadın 3 azyaşlı övladı ilə itkin düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Ləzran kənd sakini Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.