Bulvarda meyiti tapılan Fəridin FOTOsu

Xəbər verdiyimiz kimi, Bakı bulvarında dənizdən meyit tapılıb.

Bulvarda meyiti tapılan Fəridin FOTOsu
Xəbər verdiyimiz kimi, Bakı bulvarında dənizdən meyit tapılıb.

meqale.com bildirir ki, Bakıda Dənizkənarı Milli Park ərazisində, dənizdən tapılan meyitin kimliyi məlum olub.

Meyit bir neçə gün əvvəl itkin düşmüş 2003-cü il təvəllüdlü Fərid Məmmədova məxsus olduğu müəyyən edilib.

Qeyd edək ki, 22 yaşlı Fərid Məmmədov bu ilin aprelin 1-də işdən çıxıb, lakin evinə gəlməyib.

O, itkin düşmüş kimi axtarılırdı. /Teleqraf

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.