“Bunlar hələ başlanğıcdır…” - Ərdoğan
"Terrorçulardan təmizlənən ərazilər hər kəsin üzünə açıqdır".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hotelin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir vaxtlar terrorçuların "at oynatdığı" yerlərdə artıq hüzur var: "İndi oralar təhlükəsizdir. İstehsal və inkişafın şahidi oluruq. İnşallah daha yaxşı yerlərə gəlib daha gözəl günlərə doğru addımlayacağıq".