"Cəhənnəm odunda yanmaq istəməzdim"
"Unudulmaqdan qorxmuram. Düşünürəm ki, günahsız insan yoxdur. Günahlarımın təmizlənməməsindən qorxuram".
                        meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "Rəngarəng səhər" proqramında deyib. Sənətçi həyatdakı ən böyük qorxusundan danışıb:
"Dindar deyiləm, sadəcə olaraq məlumatlıyam. Ümumiyyətlə, fikirləşirəm ki, insanın bir ümid yeri olmalıdır. Mən axirətə, haqq dünyasına inanıram və cəhənnəm əzabında, odunda yanmaq istəməzdim. Tək qalmaqdan, əzizlərimin ətrafında olmamaqdan qorxuram".