Cəlilabaddakı avtobus qəzası ilə bağlı SON MƏLUMAT: 9 nəfərdən 8-i qadındır - YENİLƏNİB - VİDEO - FOTO

12:40 Xəbər verdiyimiz kimi, 06.06.2024-cü il tarixində saat 09:30 radələrində Cəlilabadda ağır yol-nəqliyyat hadisəsinin baş verib.

Cəlilabaddakı avtobus qəzası ilə bağlı SON MƏLUMAT: 9 nəfərdən 8-i qadındır - YENİLƏNİB - VİDEO - FOTO
12:40 Xəbər verdiyimiz kimi, 06.06.2024-cü il tarixində saat 09:30 radələrində Cəlilabadda ağır yol-nəqliyyat hadisəsinin baş verib.

meqale.com xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

Qeyd edək ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobus qəzaya düşüb.

-------- 11:40 İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. Araşdırma aparılır.  

--------- 11:24 Cəlilabadda dəhşətli yol qəzası baş verib.

meqale.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.