Cenevrədə Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi təqdimatı keçirilib - VİDEO - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti martın 23-25-də Parlamentlərarası İttifaqın 148-ci Assambleyasının keçirildiyi Cenevrədə işgüzar səfərdə olub.

meqale.com Trend-ə istinadən bildirir ki, Sahibə Qafarova Assambleyada çıxış edib, həmçinin tədbirdə iştirak edən bir sıra xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirib.

Bundan əlavə, tədbir çərçivəsində Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi təqdimatı da nümayiş etdirilib. Təqdimatı Parlamentlərarası İttifaqın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Sevil Mikayılova nümayiş etdirib.