Cins şortları bu geyimlər əvəz edəcək
Modelyerlər 2024-cü ilin yayında cins şortların dəbli əvəzedicisi barədə açıqlama veriblər.
meqale.com lente istinadən bildirir ki, nüfuzlu "Vogue" moda jurnalının fransız versiyası tərəfi elan edib ki, bu il küçəyə ev geyimlərində çıxmaq dəb olacaq. Trend sayılan libaslar evdə geyinilən yüngül pijamalardır.
Bu mövsüm cins şortları yüngül pambıq materialdan zolaqlı qısa şortlar əvəz edəcək. Pambıq və ya kətan kimi yüngül parçalardan hazırlanmış nazik zolaqlı müxtəlif rəngli şortlar dəbdə olacaq.
Oxşar məhsullara "Gucci", "Maison Margiela", "Uniqlo", "H&M" və "Mango" kimi brendlərin yeni kolleksiyalarında rast gəlmək olar.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun