Dərin Dəniz Özülündə yanğın: 64 yaşlı kişinin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:57
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 02.09.2024-cü il tarixində saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Bu barədə meqale.com-a TƏBİB-dən bildiriliob.
Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölümü qeydə alınıb.
-------------- 2024.09.02 "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.