Dünya çempionatının ulduz səfirləri təqdim olundu

Portuqaliyanın Gimarayeş şəhərində keçiriləcək aerobika üzrə dünya çempionatının təşkilat komitəsi ulduz səfirləri təqdim edib.

Dünya çempionatının ulduz səfirləri təqdim olundu
Portuqaliyanın Gimarayeş şəhərində keçiriləcək aerobika üzrə dünya çempionatının təşkilat komitəsi ulduz səfirləri təqdim edib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan milli komandasının iştirakı ilə təşkil olunacaq yarış sentyabrın 19-22-də baş tutacaq.

Çempionatın səfirləri 2011-ci ildə ölkəsinə ilk titulu qazandıran Portuqaliya cütlüyü Sofiya Rolao və Qonzalo Roke olacaq. Qarşıdakı dünya çempionatının əsas ulduzlarından bəziləri isə Azərbaycan təmsilçiləridir. Murad Rəfiyev və Daniel Abbasov kişi duetlərin, Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlüklərin yarışında mübarizə aparacaq.