Dünyanın ilk “ətir”saatı təqdim olundu - FOTOlar
"Vacheron Constant"in dünyanın ilk "ətir" saatını təqdim edib.
meqale.com lente istinadən xəbər verir ki, bu, İsveçrənin saat şirkəti, Parisli "Yiqing Yin" və "Paco Rabanne"dən Lady Million kimi məşhur ətirlərin müəllifi və tanınmış parfümer Dominik Ropionun əməkdaşlığı sayəsində mümkün olub.
37 mm-lik çəhrayı qızılı saat qadına xas incəliyi və bezeldəki gözqamaşdırıcı brilyant sırası, həmçinin ayın görünüşünü vurğulayan yasəmən sədəf siferbatı ilə sahibini və ətrafdakıları ovsunlayır. Cəlbedici estetika ilə yanaşı, saat qayışının xüsusi aroması ilə diqqəti cəlb edir.
Ropion dəri ilə təmasda olduqda və ya hərəkət zamanı istifadəçi ilə təsadüfi qarşılıqlı əlaqədə olan orijinal bir ətir hazırlayıb. Ətir lavanda və portağal çiçəyi notları ilə açılır.
Sədəf siferblatlı saat, qeyri-adi tikmə və mirvari qırıqları ilə bəzədilmiş orijinal "Haute Couture" kəməri ilə tamamlanır. Bu, dünyanın ilk ətir saatıdır.