Əldə telefonla yemək yeyənlərin nəzərinə!

İstər böyük, istər uşaq əldə və ya masada telefonla üz-üzə qida qəbul etmək orqanizm üçün təhlükəlidir.

Əldə telefonla yemək yeyənlərin nəzərinə!
İstər böyük, istər uşaq əldə və ya masada telefonla üz-üzə qida qəbul etmək orqanizm üçün təhlükəlidir.

meqale.com xəbər verir ki, nutrisoloq Olqa Titova yemək zamanı telefonla ünsiyyəti qəti qadağan edir.

"Yemək zamanı əllər təmiz olmalıdır. Əlləri yuduqdan sonra onu telefona vurdunuzsa, artıq cihazda olan mikroblar əlinizə keçir. Bu zaman qidanın çirklənməsi baş verir. Eləcə də telefona baxa-baxa yemək doymaq siqnalının vaxtında beyinə çatmasının qarşısını alır, bu isə orqanizmi yükləyir, həzm prosesini pozur. Smartfonların səthində çox sayda zərərli bakteriyalar toplanır, bu da qida zəhərlənməsinə və mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Tədqiqatlar göstərib ki, telefonu gün ərzində ən çirkli yerlərə qoyub götürürük və sonra onu təmizləmədən masaya aparır, uşağa verir, əlimizi vurub o əllərlə boşqaba, çörəyə toxunuruq.