Əlixan Məhərrəmliyə hökm oxundu
Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərmiş Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Ə.Məhərrəmli tələbə qız və onun anasından hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Ə.Məhərrəmli 2018-ci ildə Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin, 2020-ci ildən Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədri olub.