Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü - Azərbaycanın "Aşk-ı Memnu"su

Bakıda daha bir məhkum həbsxanada ölüb.

Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü - Azərbaycanın
Bakıda daha bir məhkum həbsxanada ölüb.

meqale.com lente istinadən bildirir ki, Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində saxlanılan Hüseynov Rəsul Əlövsət oğlu dünyasını dəyişib.

Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, həbsdə ölən Rəsul Hüseynovun ilginc həyat hekayəsi olub.

Lent.az bununla bağlı maraqlı faktlar əldə edib.

Belə ki, Rəsul Hüseynov əmisi arvadı ilə gizli eşq yaşayıbmış.

Bakının Pirallahı rayonunda yaşayan Rəsul Hüseynov 2018-ci il iyulun 17-də sevgilisi Mariya Qəhrəmanovanı qısqanclıq zəminində öldürüb. 35 yaşlı Rəsul Hüseynov məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.