Fahişəliyə qarşı mübarizə aparan vəkil fahişə ilə tutuldu

ABŞ-da fahişəliyə qarşı mübariz kimi tanınan vəkil saxlanılıb.

Fahişəliyə qarşı mübarizə aparan vəkil fahişə ilə tutuldu
ABŞ-da fahişəliyə qarşı mübariz kimi tanınan vəkil saxlanılıb.

meqale.com lente istinadən bildirir ki, 72 yaşlı Kennet Martin Ohayo ştatında polisin insan alveri ilə mübarizə əməliyyatı zamanı yaxalanıb. Saxlanılarkən o, başqa bir şəxslə birlikdə 180 dollar müqabilində fahişə sifariş verib.

Martin internetdə seks işçisi ilə görüş təşkil edib. O, gələndə artıq polis əməkdaşları onu gözləyiblər. Onun yaxınlaşdığı fahişənin hüquq-mühafizə orqanının gizli əməkdaşı olduğu məlum olub.

Ohayo ştatının baş prokuroru Dave Yost mətbuata açıqlamasında "Bəzən fahişəlik heç gözləmədiyiniz insanlar tərəfindən təşviq edilir" deyib.

Martin və 31 yaşlı Koti Salman kimi tanınan başqa bir kişi əyalət qanunları ilə qadağan olunmuş cinsi əlaqədə olmaqda ittiham olunur.