FHN üçün Şuşada yeni bina tikiləcək
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni bina tikiləcək.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq işlərə başlanılıb.
Belə ki, inşaat işlərini Türkiyə şirkəti (Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Diş Ticaret Anonim Şirketinin Azərbaycandakı Filialı) həyata keçirəcək.
Binanın tikintisi 2 063 411,98 manata başa gələcək.