Filarmoniyada Fikrət Əmirov Musiqi Festivalı çərçivəsində konsert keçirildi - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində konsert keçirildi.
Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı festivalla bağlı dinləyiciləri məlumatlandırıb.
Daha sonra bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Çinarə Heydərova (qanun), Qoçaq Əsgərov, Xəyyam Məmmədov (kamança), Aqşin Abdullayev, və Kamilə Nəbiyeva, Taleh Yəhyayev, Səbinə Ərəbli, Nurlan Əzizbəyli dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.