Fransa mağazalarında ərzaq qıtlığı yarandı
Fransada ərzaq mağazalarında bəzi ərzaq mallarının qıtlığı yaranıb
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Qıtlığa səbəb etiraz edən fermerlər tərəfindən magistralların bağlanmasıdır. Nəticədə müəyyən məhsulların çatdırılmasında ciddi fasilələr yaranıb.
Qeyd olunub ki, ölkənin şimal-şərqində yerləşən Ardennes departamentində bəzi supermarketlərdə bekon, qatıq, təzə meyvə-tərəvəz, kahı və hazır sendviçlər tükənib.
Ölkənin cənub bölgəsində (Buş-dyu-Ron departamenti) çörək və bəzi tez xarab olan məhsullar azalmağa başlayıb. Qrenoblda isə (Cənub-Şərqi Fransa) bəzi supermarketlərdə ət, balıq və pendir yoxdur.
Etiraz edən fermerlər magistral yolları bağlamaqla yanaşı, insanları ölkənin müxtəlif bölgələrindəki anbarlara və logistik mərkəzlərə də daxil olmağa qoymurlar.