Fransada 135 traktorla şəhər küçərlərində etiraz...
Fransanın ən böyük balıq limanının yerləşdiyi Bulon-sur-Mer şəhərində fransalı fermerlər və balıqçılar xarici məhsulların ucuz idxalına qarşı birgə etiraz aksiyası keçiriblər.
meqale.com axar.az-a istinadla xəbər verir ki, bu barədə, "Voix du Nord" qəzeti məlumat yayıb.
Məlumata görə, balıqçılar və fermerlərin birgə nümayişi böyük səs-küyə səbəb olub. 135 traktorla etirazçılar şəhər küçələri ilə hökumət binasına doğru irəliləyiblər.