Gecə klubundakı bıçaqlanma ilə bağlı rəsmi açıqlama

Bakıda gecə klublarından birində kütləvi davanın olmasını əks etdirən görüntülər yayılıb.

Gecə klubundakı bıçaqlanma ilə bağlı  rəsmi açıqlama
Bakıda gecə klublarından birində kütləvi davanın olmasını əks etdirən görüntülər yayılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan məlumatda hadisə nəticəsində 3 nəfərin bıçaqlandığı deyilib.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirib ki, həmin hadisə ötən il baş verib: "Paytaxtın Səbail rayonunda klubların birində insident ötən il olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Hadisədə bir nəfər yüngül xəsarət alıb.

Fakta görə rayon polis idarəsində cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir".