İş adamının övladını oğurlayan Ruslan tutuldu

Xəbər verdiyimiz kimi, Şəki Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb.

meqale.com Mətbuat.com-a istinadən xəbər verir ki, R.Hacısəlimov uzun müddət Rusiyada cinayətkar dəstənin başçısı olub. Onun başçılıq etdiyi dəstə Rusiyanın müxtəlif vilayətlərində adam oğurluğu və digər ağır cinayətlər törədib.

R.Hacısəlimovun dəstəsinin hay-küylü cinayətlərindən biri də 2013-cü ildə törədilib. Həmin vaxt dəstə, Moskvada tanınmış azərbaycanlı iş adamlarından birinin övladını oğurlayaraq ailə üzvlərindən girovun qaytarılması üçün 700 min ABŞ dolları istəyib.