Gəncə Dövlət Filarmoniyasi ilk dəfə "Musiqi kimliyimiz" layihəsini təqdim etdi - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə "Musiqi kimliyimiz" layihəsi baş tutdu.

Gəncə Dövlət Filarmoniyasi ilk dəfə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə "Musiqi kimliyimiz" layihəsi baş tutdu.

Layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində "Dastan axşamı" ədəbi-bədii keçirildi. 

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov  ilk növbədə aşıq sənətinə olan dövlət qayğısından söhbət açdı. O, Azərbaycan Aşıq Sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil olmasının ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın göstərdiyi qayğının nəticəsi olduğunu bildirdi.

Layihənin keçirilməsində  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi və Azərbaycan Aşıqlar Birliyinə təşəkkürünü bilirən Əməkdar artist "Musiqi kimliyimiz" layihəsinin təsadüfi olmadığını, aşıq sənətinin Azərbaycan folklor sənətinin bünövrəsi olduğunu qeyd etdi.

O, bugünkü nəslə aşıq sənətini təbliğ etməyin məqsədəuyğun və vacib olduğunu, layihənin mütəmadi olaraq keçiriləcəyini bildirdi. 

Gecədə aşıqlar Elbrus Hüseynov və Şöhrət Kərimov "Aşıq Alının Zəngəzur səfəri" dastanını nəql etdilər. 

Qeyd edək ki, 2 mart tarixinədək davam edəcək layihə Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndəsi Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunub.