Gəncədə ev yandı: Ölən var

Gəncədə yanğın baş verib.

Gəncədə ev yandı: Ölən var
Gəncədə yanğın baş verib.

meqale.com-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə bir nəfər tüstüdən boğularaq ölüb.

FHN-dən verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.