Gizli təhlükə: Bu simptom bağırsaq xərçənginin əsas xəbərçisidir
Koloproktoloq Sondra Kavalukas nəcisdə qan olmasının bağırsaq xərçəngi riskini kəskin şəkildə artırdığını bildirib. Onun sözlərinə görə, bu simptom xərçəng ehtimalını 8,5 dəfə yüksəldir.
meqale.com xəbər verir ki, həkim bu barədə "Daily Mirror" nəşrinə danışıb.
Mütəxəssis qeyd edib ki, istənilən yaşda olan pasiyentlərdə nəcisdə qan müşahidə olunarsa, bağırsaq xərçəngi riski əhəmiyyətli dərəcədə artır: "Əgər pasiyent 35 yaşındadır və yalnız anal nahiyədə ağrıdan şikayət edirsə, bəlkə də kolonoskopiyaya ehtiyac yoxdur. Amma nəcisdə qan varsa, bu, kolorektal xərçəngin güclü göstəricisidir".