"Google" "Kəşf et" lentini masaüstünə gətirir
"Google", uzun müddətdir mobil cihazlarda təqdim etdiyi "Google Discover" xüsusiyyətini masaüstü ana səhifəsinə gətirməyə hazırlaşır.
meqale.com xəbər verir ki, tədbirdə çıxış edən "Google" səlahiyyətliləri, bu mühüm elanı İspaniyanın paytaxtı Madriddə keçirilən Search Central Live tədbirində rəsmi olaraq açıqlayıb.
Bu açıqlama "X" sosial media platformasında da iştirakçılar tərəfindən paylaşılıb. Yazılara əsasən, funksiya bəzi istifadəçilər üçün aktivləşdirilib.
Qeyd edək ki, illərdir mobil cihazlarda aktiv şəkildə istifadə edilən bu funksiya istifadəçilərə onları maraqlandıra biləcək məzmuna axtarış etmədən daxil olmaq imkanı verir.