Gürcüstanda ən çox yayılmış cinayət açıqlandı

2023-cü ildə Gürcüstanda 54,2 min cinayət qeydə alınıb ki, bu da bir il əvvəlkindən 0,5% azdır. 

Gürcüstanda ən çox yayılmış cinayət açıqlandı
2023-cü ildə Gürcüstanda 54,2 min cinayət qeydə alınıb ki, bu da bir il əvvəlkindən 0,5% azdır. 

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, ötən ilki cinayətlərin 64,9%-i açılıb. 2022-ci ildə isə bu rəqəm 63,09% olub. 

Bildirilib ki, hazırda Gürcüstanda ən çox yayılmış cinayətlər oğurluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, məişət zorakılığı, təhdidlər və nəqliyyatla bağlı cinayətlərdir.