Gürcüstandan Ermənistana gedən yol bağlandı
Gürcüstandan Ermənistan sərhədinə gedən yol bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Sputnik agetnliyinin Gürcüstan bölməsi məlumat yayıb.
Qar fırtınası və bunun fonunda görmə sahəsinin məhdudlaşması səbəbindən Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda dövlət əhəmiyyətli avtomobil yolunun 94-110-cu km-də (Paravani aşırımı) qadağa tətbiq edilib.